Venesuela prezidenti Nikolas Maduro tərəfdarlarından "WhatsApp"ı silməyi istəyib.
"Unikal" xəbər verir ki, o, tətbiqin "faşistlər" tərəfindən zorakılıq yaymaq üçün istifadə edildiyini iddia edib.
Maduro, həmçinin, özünün "Telegram" və "WeChat"a keçdiyini bildirib. O, "WhatsApp"ın hərbçiləri, polisləri və icma liderlərini təhdid etmək üçün istifadə edildiyini bildirib.
Qeyd edək ki, o, əvvəllər "TikTok" və "Instagram"ın da "nifrət" yaydığını iddia etmişdi. Bu çağırış onun seçkilərdə qalmaqallı qələbəsindən sonra müxalifətə təzyiqləri artırdığı dövrə təsadüf edib.
Zərifə Nağıyeva