Bu gün Türkiyənin “Fənərbağça” komandası Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəyə başlayacaq.

"Unikal" xəbər verir ki, İstanbul nəhəngi səfərdə Fransanın “Lill” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Komandalar arasında cavab oyunu bir həftə sonra Türkiyədə olacaq.

Joze Mourinyonun komandası III raundda “Lill”i (Fransa) mübarizədən kənarlaşdırsa, “Slaviya” (Çexiya) - “Yunion” (Belçika) cütünün qalibi ilə üz-üzə gələcək.