Türkiyədə yay aylarının isti keçməsi səbəbindən ətrafda yaşayan uşaqlar Van gölünə üz tutublar.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sözügedən göldə çimən uşaqların saçlarında rəng dəyişikliyi qeydə alınıb.
Qeyd edək ki, göl suyunun tərkibindəki yüksək miqdarda olan soda günəş şüalarının da təsiri ilə birləşərək burada sərinləyən uşaqların saçlarını saraldıb.
Fidan Nuriyeva