Paris-2024 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışlarında növbəti günün püşkatması keçirilib.

"Unikal" xəbər verir ki, Azərbaycanın daha iki pəhləvanının rəqibi bəlli olub.

Həsrət Cəfərov (67 kq) Misiri təmsil edən Mohamed Eısayedlə qarşılaşacaq. Rafiq Hüseynov (87 kq) isə macarıstanlı David Loşontsi ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.