Rusiya cavab tədbiri olaraq Moldovanın Moskvadakı səfirliyinin əməkdaşını ölkədən çıxarır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Moldova Respublikasının Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Aleksandru Çetraru rəsmi etiraz almaq üçün nazirliyə çağırılıb. Etiraz Kişinyovun Moskvaya qarşı davam edən qeyri-dost siyasəti ilə bağlıdır.
Görüş zamanı Çetrara Rusiya tərəfinin Moldova səfirliyinin əməkdaşını "persona non qrata" elan etməsi barədə nota verilib. Bu qərar avqustun 1-də Moldova Xarici İşlər Nazirliyinin Rusiya səfirliyinin hərbi attaşesini "persona non qrata" elan etməsi addımına cavab idi.