Mingəçevir Su Anbarında qayıq 16 yaşlı yeniyetmənin üzərindən keçib.

"Unikal" xəbər verir ki, kiçik həcmli qayıq ehtiyatsızlıq nəticəsində 2008-ci il təvəllüdlü şəhər sakini Nəsib Kazımlının üzərindən keçərək yeniyetməyə çoxsaylı bədən xəsarətləri yetirib. Yaralı təcili xəstəxanaya çatdırılaraq  reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov