Tunis məhkəməsi prezidentliyə dörd namizədi səs satın almaq ittihamı ilə səkkiz aylıq həbs cəzasına məhkum edib.
"Unikal" "Röyters"ə istinadən xəbər verir ki, siyasətçilərin fikrincə, bu addım ölkə prezidenti Kays Səidin ciddi rəqiblərini kənarda saxlamaq məqsədi daşıyır.
Vəkil Moktar Jmai bildirib ki, hökm tanınmış siyasətçi Abdel Lətif Məkkə, fəal Nizar Çaari, hakim Murad Məsudi və digər namizəd Adel Dou haqqında çıxarılıb.
Bazar ertəsi başqa bir məhkəmə Səidin tanınmış rəqibi olan Abir Mussini seçki komissiyasını təhqir etməkdə ittiham edərək iki il həbs cəzasına məhkum edib.