Kanadanın İsraildəki səfirliyi bu axşamdan etibarən diplomatları və onların ailələrini İsraildən çıxarır.
"Unikal" xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Kanadanın diplomatik personalı təhlükəsizlik vəziyyətinin pisləşdiyi və İranın hücumuna hazırlıq görüldüyü bir vaxtda İordaniyaya keçəcək.