Rusiyada Dövlət Dumasının deputatı Sultan Həmzəyev sənətçilərin səhnəyə çıxmazdan əvvəl alkoqol və narkotik maddə olub-olmadığını yoxlamağı təklif edib.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, dövlət qulluqçusunun sözlərinə görə, bu, ciddi tələb olmalıdır.
"Estrada ulduzlarının, müğənnilərin və şoumenlərin alkoqol və ya narkotikdən sərxoş halda səhnəyə çıxmasını qadağan etmək lazımdır", - deyə Dövlət Dumasının deputatı Sultan Həmzəyev bildirib.
Belə ki, o, ictimai xadimlərin alkoqol və ya narkotik sərxoşluğu vəziyyətində görünməsinə görə məsuliyyətin sərtləşdirilməsini, o cümlədən onların ictimai çıxışlarına qadağa qoyulmasını təklif edib.