"Qeyri-qanuni istismarın qarşısının alınması mişar daşının bazar qiymətinə ciddi təsir edə bilməz. Bazarın tələbatı ödənilir".  

"Unikal"ın məlumatına görə, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir İdayətov media mənsublarının suallarını cavablandırarkən deyib ki, son günlər mişar daşının pərakəndə satışında qiymət artımı müşahidə olunur.

Ancaq xəbərlə bağlı müəyyən təfsilata ehtiyac var. Çünki mişar daşının qiymətinin artması bir yox, bir neçə səbəbdən qaynaqlanır. Əvvəla, hər yay mövsümündə tikinti materialları bazarında bu və buna bənzər hallar gündəmə gəlir. Digər yandan yük avtomaşınlarının tutumuna texniki nəzarətin gücləndirilməsi, daşınma və logistika, işçi qüvvəsi, yanacaq qiymətləri, sərbəst ticarət amili kimi səbəblər də mişar daşı qiymətlərinə təsir edə bilər. Sözügedən amillər mahiyyət etibarilə Agentliyin fəaliyyət sferasına daxil deyil.

O ki qaldı Agentliyin fəaliyyətinə, monitorinqlər zamanı təəssüflər olsun ki, mişar daşı yataqlarında qeyri-qanuni istismar hallarına rastlanır. Son 2 ayda təkcə Bakı və Abşeron yarımadasındakı mişar daşı yataqlarında 15-dən çox qanunsuz hasilat faktı aşkarlanıb. Bu həm ölkə iqtisadiyyatına və ekoloji mühitə zərər vurur, həm də dövlətin sahibkarlıq fəaliyyətləri üçün müəyyən etdiyi şəffaflıq prinsiplərinə ziddir. Ona görə də monitorinqlər nəticəsində qeyri-qanuni istismarla məşğul olan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Bu yerdə mütləq deməliyik ki, qeyri-qanuni istismar hallarının qarşısının alınması mişar daşının bazar qiymətlərinə ciddi təsir edə bilməz. Çünki ölkədə qanunlara riayət edən və şəffaflıq prinsipləri çərçivəsində kifayət qədər hasilat əldə edən istismarçılar var. Bazarın tələbatı ödənilir. 

Hazırda ölkənin işğaldan azad edilmiş bölgələrində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Mişar daşı Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan inşaat layihələrinin vacib elementidir. Agentlik tələbatı nəzərə alaraq sözügedən region üzrə faydalı qazıntı yataqlarının ekspertizasını və monitorinqini aparır, hərraclar təşkil edir. İndiki mərhələdə Ağdam, Xocalı, Kəlbəcər, Füzuli, Qubadlı və Laçın rayonlarında mövcud mişar daşı yataqları artıq istismara verilib. 

Samir İdayətov əlavə etdi ki, yer təkindən səmərəli və qənaətlə istifadəni, şəffaflığı və dürüstlüyü təmin etmək başlıca prinsiplərimizdir. Fəaliyyət istiqamətimizə uyğun olaraq ölkə üzrə faydalı qazıntı yataqlarında müntəzəm monitorinqlər həyata keçiririk. Burada məqsəd yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti təmin etməkdir. Sədr yeri gəlmişkən, media vasitəsilə bir daha sahibkarları yerin təkindən istifadə üzrə hərraclarda iştiraka dəvət etdi. “İnvestorları, dağ-mədən fəaliyyətilə məşğul olan istismarçıları auksionlarda iştiraka və yer təkindən istifadənin qanunla müəyyən olunmuş tələblərinə riayət etməyə çağırırıq” - deyə Agentliyin sədri bildird