Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Unikal" xəbər verir ki, 87 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində David Losonçi (Macarıstan) ilə üz-üzə gəlib.
Hüseynov rəqibinə 2:5 hesabı ilə məğlub olub. Losonçi finala çıxsa, təmsilçimiz təsəlliverici görüşə qatılacaq.