Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hərəkətlərini genişmiqyaslı təxribat adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısı avqustun 7-də Rusiya hökuməti ilə görüşdə bildirib.
"Bildiyiniz kimi, Kiyev rejimi daha bir irimiqyaslı təxribata əl atıb, o, müxtəlif növ silahlardan, o cümlədən raketlərdən mülki binalara, yaşayış binalarına və təcili yardım maşınlarına atəş açır ”, - deyə prezident bildirib.
Putin qeyd edib ki, hazırkı görüşdən dərhal sonra hüquq-mühafizə orqanlarının - Müdafiə Nazirliyi, Baş Qərargah, FSB rəhbərləri ilə görüş keçirəcək.