Gədəbəy rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağ kəndində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində yaralanan 4 nəfər xəstəxanaya çatdırılıb.

Onların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.