"ABŞ-nin Ermənistanın Rusiyadan uzaqlaşmaq istəməsi ilə bağlı bəyanatları əsassızdır".
"Unikal" xəbər verir ki, bunu "RİA Novosti" agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
İyulun 30-da ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bəyan edib ki, ABŞ Ermənistanın Rusiya ilə münasibətlərdən əl çəkməsinə şərait yaratmağa çalışır. Onun sözlərinə görə, ermənilərin əhəmiyyətli hissəsi Rusiya Federasiyasından uzaqlaşmaq istəyir.
Zaxarovanın sözlərinə görə, O'Brayenin sözləri ABŞ-yə xas olan geosiyasi mühəndisliyin başqa bir nümunəsidir, hər kəsin gözü qarşısında Vaşinqtona lazım olan, reallıqla heç bir əlaqəsi olmayan “reallığı” uydurmaq istəyidir.
Diplomat vurğulayıb ki, O`Brayen və digər Qərb nümayəndələri xatırlamalıdırlar ki, Rusiya ilə Ermənistan arasında əsrlər boyu formalaşmış əlaqələr bütün güc sınaqlarına tab gətirib.
Zaxarova qeyd edib ki, Rusiya tarix boyu dəfələrlə "erməni xalqına dəstək olub” və bunu gələcəkdə də davam etdirmək niyyətindədir.
Gülayə Mecid