Rusiyanın Kamçatka diyarının Malı Semyaçik vulkanı yaxınlığında "Robinson" helikopteri qəzaya uğrayıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası İstintaq İdarəsi bildirib.
"İlkin məlumatlara görə, 8 avqust 2024-cü ildə Malı Semyaçik vulkanı yaxınlığında, Petropalovsk-Kamçatskidən təxminən 130 km məsafədə, gövdə tərəflərindən birinin yan tərəfində uzanan vəziyyətdə "Robinson" helikopteri aşkar edilib. Hadisənin səbəbləri və şəraiti müəyyənləşdirilir. Helikopterdə hər hansı zədənin olub-olmaması və zərərçəkənlərin sayı barədə məlumat dəqiqləşdirilir", - deyə qeyd olunub.
Müstəntiqlər hadisənin baş vermə şəraitini müəyyən etməyə yönəlmiş bir sıra yoxlama tədbirləri həyata keçirirlər.