Zamansız başlayan və zamanla təhlükəyə çevrilən şirniyyat yemək istəyinə qarşı necə mübarizə aparmaq lazım olduğunu bilmirsiniz? Şirniyyata olan ehtiyac bəzən hələ diaqnoz qoymadığımız şəkər xəstəliyinin ilk əlamətlərindən ola bilər.
"Unikal" şirniyyat ehtiyacını aradan qaldırmağın yollarını təqdim edir:
Meyvə ilə şirinləşdirilmiş qatıq/süd istehlak edin
Şirniyyat ehtiyacınız varsa, mövsümi meyvələr ilə dadlandırılmış bir kasa qatıq istehlak edin. Bu qarışım həm şirniyyat ehtiyacınızı aradan qaldıracaq, həm də qan şəkərinizin birdən-birə yüksəlməsinin qarşısını alacaq və həzm müddətlərini uzatmaqla daha tez aclıq hiss etmənizin qarşısını alacaq.
Qəlyanaltı yeməyə əmin olun
Uzun müddət ac qaldıqda qan şəkəri düşür və bu, bədəndə şirinlik ehtiyacı kimi qəbul edilə bilər. Buna görə də qida rasionunuza ara qidalar əlavə etməklə qan şəkərinizi balanslaşdıra və şirin ehtiyacınızın qarşısını ala bilərsiniz.
Kifayət qədər su içməyi unutmayın
Susuzluq və aclıq beyində eyni yerdən idarə olunur. Bu səbəbdən bəzən susuzluq hissi aclıq və ya şirin ehtiyacı ilə qarışdırıla bilər. Kifayət qədər su istehlak etmək, lazımsız kalori qəbulunun qarşısını almağın ən sağlam yoludur.
Sadə karbohidratlardan uzaq durun
Aşağı glisemik indekslərə malik ağ un və şəkər kimi sadə karbohidratlar yerinə kompleks karbohidratları rasyonunuza daxil etməklə qan şəkərinizin daha yavaş yüksəlməsini dəstəkləyə bilərsiniz. Tam buğda, tərəvəz və paxlalılar kimi kompleks karbohidratlar qan şəkərinizin daha yavaş yüksəlməsinə kömək edir ki, bu da şirinlik ehtiyacınızın azalmasına səbəb olur.
Kifayət qədər və keyfiyyətli yuxu alın
Araşdırmalar göstərir ki, 5 saat və ya daha az yatmaq şəkərli içki istehlakı ilə əlaqələndirilir. Çünki yuxusuz qaldığımız zaman gündəlik enerjimiz azalır və onu doldurmaq üçün davamlı olaraq atışdırmalıqlar qəbul edirik. "Şirniyyat və ya qəlyanaltı yemək səhvinə düşməmək üçün kifayət qədər yatdığınızdan və kifayət qədər keyfiyyətli yuxu aldığınızdan əmin olun.
Yüksək lifli qidalar istehlak edin
Qidaların tərkibində olan lif mədənin boşalmasını gecikdirir və daha uzun müddət tox qalmağa kömək edir. Onlar həm də qan şəkərinin qəfil artmasının qarşısını alır, onu eyni səviyyədə saxlayır və şirniyyat ehtiyacının qarşısını alır.
Çay və qəhvə əvəzinə bitki çayına üstünlük verin
Çay və qəhvə kimi vərdişlər bizə şirniyyat ehtiyacımızı xatırladır. Əgər mədə, bağırsaq, böyrək və ya təzyiq xəstəliyiniz yoxdursa, çay və qəhvə yerinə gündə bir stəkan bitki çayı (darçın qabığı və mixək əlavə etməklə) qəbul etməklə şirniyyat ehtiyacınızı basdıra bilərsiniz.
Mütəmadi olaraq sağlamlığınızı yoxlayın
Şirniyyat ehtiyacı bəzən hələ diaqnoz qoymadığımız diabetin ilkin əlaməti ola bilər. Buna görə mütəmadi olaraq qan testlərinin olması bədənimizdəki xəstəlikləri öyrənmək və ya çatışmazlığımız olan vitamin və mineralları aşkar etmək baxımından çox önəmlidir.
Zərifə Nağıyeva