Oğuzda avtomobildən 20 min manat oğurlayan şəxs saxlanılıb.

DİN-dən "Unikal"a verilən məlumata görə, Oğuz RPŞ-yə müraciət edən rayon sakini “Nissan” markalı avtomobilindən 20 min manat pulunun oğurlandığını bildirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən N.Rəfiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.