Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun Mürsəqulu kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib.

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

Xol Qaraqaşlı kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Xol Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Mürsəqulu kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər  “İdmana göstərilən dövlət qayğısı, bu sahədə uğurların əldə olunmasını şərtləndirən vacib amillərdəndir”  mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar.  Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən olması, Azərbaycan idmanının hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunması, Prezident cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətini uğurla həyata keçirməsi haqqında geniş məlumat veriblər.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  çıxış edərək bildirib ki,  Azərbaycanda çoxsaylı idman növləri üzrə ən müasir standartlara cavab verən infrastruktur qurulub, ayrı-ayrı regionlarımızda olimpia-idman kompleksləri tikilib, idman federasiyalarının fəaliyyəti, idmançılarımızın problemlərinin həlli dövlətimizin daimi diqqətindədir. Prezident cənab İlham Əliyevin hər dəfə beynəlxalq yarışlarda iştirak edən idmançıları qəbul etməsi, onlarla səmimi söhbətlər aparması, idman sahəsinə aid xüsusi sərəncamlar imzalaması da dövlətimizin başçısının idmana, idmançılara olan diqqət və qayğısını nümayiş etdirir.  RİH-in başçısı bildirib ki, ölkəmiz  son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına ev sahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək göstərir.

Möhtəşəm Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda  Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək,  azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını verib, Azərbaycan xalqının haqqının özünə qaytarılması və tarixi ədalətin bərpa olunması, Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi bu mövqe həm tarixçilər, həm də hüquqşünaslar qarşısında ciddi vəzifələr qoyub.

Neftçala RİH-in başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.