Almaniyada qeyri-qanuni bıçaqlarını gətirib polisə təhvil verənlərə 1 illik "Netflix" abunəliyi veriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Almaniya Polis Birliyinin (GDP) prezidenti Yoxen Kopelke açıqlama verib.
O, bildirib ki, bu yolla ölkədə təhlükəli və qeyri-qanuni bıçaq sahiblərinə maddi stimul verilməsi və bıçaqların bu yolla polisə çatdırılması təmin olunacaq.
Sosial şəbəkələrdə geniş müzakirə olunan bu təklifi bəyənənlər də olub, reaksiya verənlər də.
Zərifə Nağıyeva