"Dünyada taxılın qiymətində müəyyən artımlar var. Bu da müharibələrlə, münaqişələrlə və iqlim dəyişikliyi ilə əlaqədardır. Bizdə ərzaqlı buğda ilə təminat hardasa 70-75 faizdir. Qalan hissəsi isə kənardan alınır".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin VI çağırış deputatı, parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. O bildirib ki, ölkəmizdə ərzaqlıq buğdanın istehsalı üçün müəyyən imkan və şərait yaradılır:
"Son illər bu istiqamətdə müəyyən nəticələr var. Perspektiv göstərir ki, 2-3 il ərzində özümüzü ərzaqlıq buğda ilə tam təmin edə bilərik. İlin bu fəslində taxıl biçini ilə əlaqədar qiymətin müəyyən qədər artması gözlənilən olur. Taxıl biçini başa çatdıqdan sonra görəcəksiz ki, unun və buğdanın qiymətində müəyyən qədər azalma var. Hələ taxıl biçini başa çatmayıb. Hesab edirəm ki, əvvəlki illərə nisbətən məhsul yaxşı olacaq. Keçən il xeyli artım olub. Bu il də həmin artım gözlənilir".
Anar Kəlbiyev