Rusiya prezidenti Vladimir Putin ölkədə kriptovalyutanın noyabr ayından etibarən qanuniləşməsi qərarını imzalayıb.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, imzalanan qərara əsasən Rusiya hökumətinin müəyyən etdiyi fiziki şəxslər və şirkətlər müəyyən edilmiş enerji sərfiyyatı limitlərini aşmamaq şərti ilə kriptovalyuta hasil edə biləcəklər.
Qeyd edək ki, Ukrayna müharibəsindən sonra Rusiya bankları SWIFT ödəniş sistemindən çıxarıldığı üçün ölkədə kriptovalyuta geniş yayılıb.
Fidan Nuriyeva