Şimali Koreya lideri Kim Çen In sevmədiyi nənəsinin malikanəsini sökdürüb.
"Unikal" "Daily Mail"ə istinadən xəbər verir ki, Kim Çen In buldozerlə nənəsinin evinin sökülməsinə göstəriş verib. Məlumata görə, heç kimin yaşamadığı malikanənin saxlanması dövlət üçün çox baha başa gəlib.
“Ev 11 hektar meşə ilə əhatə olunmuş Hapcanq çayı üzərindəki süni gölün yanındakı kiçik təpədə yerləşirdi. O, həmçinin təhlükəsizlik çəpəri ilə qorunurdu və mühafizəçilər və digər işçilər üçün öz otaqları var idi”, - Şimali Koreya eksperti Ceykob Boql bildirib.
Boqle xatırladıb ki, Kim Çen Inın nənəsi Kim Sonq Ae KXDR rəhbəri, atası Kim Çen İrin qərarı ilə ev dustaqlığında olub. Buna səbəb kimi qadının sürgünə göndərilən digər oğlu Kim Pyonq İri hakimiyyətin yuxarı eşelonlarına sıxışdırmağa çalışması göstərilirdi.
Seymur Əli