Pakistanın paytaxtı İslamabadda "Qorxusuz və maneəsiz" şüarı ilə çəhrayı rəngli ictimai nəqliyyat avtobusları yalnız qadınların istifadəsinə veriləcək.
"Unikal" xarici KİV-ə xəbər verir ki, şəhərə yaxın kənd və qəsəbələrdə yaşayan müəllim və tələbələrin təhlükəsiz şəkildə İslamabada gətirilməsi üçün belə bir təcrübə tətbiq ediləcək.
Gələn həftədən başlayacaq gedişlərin pulsuz olacağı da qeyd olunub.
Pakistan Təhsil Nazirliyinin sözçüsü verdiyi açıqlamada, ictimai nəqliyyat xərcləri və xüsusilə kənd yerlərində ictimai nəqliyyatda baş verən hadisələrin bir çox gənc qızı məktəbə getməkdən çəkindirdiyini bildirib. Mətbuat katibi, həmçinin, nazirlik olaraq bu yolla bir çox qızın məktəbə qayıdacağına ümid etdiklərini vurğulayıb.
Zərifə Nağıyeva