İtaliya Qəzza zolağında atəşkəsin əldə olunması üçün ABŞ, Misir və Qətərin birgə səylərini dəstəkləyir və tərəfləri danışıqları bərpa etməyə çağırır.
"Unikal" xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.
Bildirilir ki, İtaliya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsinə uyğun olaraq Qəzzada atəşkəs və girovların azad edilməsi üçün ABŞ, Misir və Qətərin birgə səylərini dəstəkləyir. Qeyd olunub ki, Qəzzada atəşkəs mülki əhalinin iztirablarına son qoymaq, lazımi humanitar yardımı təmin etmək və regional səviyyədə gərginliyin azaldılmasının təşviqi üçün daha aktualdır.
“İtaliya münaqişənin bütün tərəflərini sazişi yekunlaşdırmaq məqsədilə avqustun 15-də Dohada danışıqları bərpa etmək üçün vasitəçilərin dəvətini gecikmədən qəbul etməyə çağırır”, - deyə məlumatda qeyd olunub.