Braziliyanın cənub-şərqində San-Paulu ştatının Vinhedo bölgəsində baş vermiş təyyarə qəzası ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib.
"Unikal" xəbər verir ki, bu barədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva öz şəxsi "X" sosial şəbəkə hesabında məlumat verib.
"Vinhedoda baş vermiş faciəvi hadisənin 61 qurbanının xatirəsinə biz ölkədə üç günlük rəsmi matəm elan etdik", - o yazıb.
Qeyd edək ki, avqustun 9-u Braziliyanın cənub-şərqindəki San-Paulu ştatının Vinhedo bələdiyyəsində sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 58 sərnişin və 4 ekipaj üzvü olub. Təyyarənin qəzaya uğraması nəticəsində sağ qalan yoxdur.