Birinci Qarabağ müharibəsi şəhidi Ceyran Abdullayevanın atası Səyyaf Qarayev xəstəlikdən vəfat edib.
“Unikal” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Qeyd edək ki, Abdullayeva Ceyran Səyyaf qızı 1962-ci ildə Zərdab şəhərində anadan olub. Könüllü olaraq müharibəyə yollanan Ceyran rabitəçi olub və 1992-ci ilin avqustun 15-i Ağdam rayonu ərazisində şəhid olub. O, Bakıda Şəhidlər xiyabanında dəfn olunub.