2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən Xaçmaz şəhər 57 saylı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin 9 avqustdan etibarən seçicilərlə görüşlərinə start verilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət edilib.
Daha sonra Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının binasında ilk dəfə səsvermə hüququ qazanan gənclərlə görüş keçirilib.