Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

"Unikal" xəbər verir ki, yarışların yarımfinal mərhələsində mübarizə aparan Maqomedxan Maqomedov (97 kq) növbəti dəfə döşək üzərinə çıxıb.

Onun bu dəfəki rəqibi gürcüstanlı Gigi Maçaraşvili olub.

Rəqibinə 0:5 hesabı ilə məğlub olan idmançımız finala vəsiqə qazana bilməyib.

O, sabah bürünc medal uğrunda görüşə çıxacaq.

***

15:12

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Unikal" xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşıb.

Görüşdə təmsilçimiz 7:2 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.