İngiltərənin “Mançester Siti” komandasının futbolçusu Cek Qriliş İngiltərə Superkuboku uğrunda “Mançester Yunayted”lə matçda komandasına kömək etməyəcək.

"Unikal" xəbər verir ki, buna 29 yaşlı vingerin məşqdə zədələnməsi səbəb olub.

Superkubok uğrunda “Mançester Siti” və “Mançester Yunayted” komandaları arasında bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.