İspaniya “Barselona”sının B komandası azərbaycanlı qapıçını transfer edib.

“Unikal” xəbər verir ki, Eldar Tağızadə “Barselona Atletik”in qapılarını qoruyacaq.

Belə ki, 21 yaşlı qapıçı azad agent olaraq İspaniya klubunda çıxış edəcək.

Klubla idmaçı arasında imzalanan rəsmi müqavilənin müddəti 2026-cı ilin iyun ayına qədərdir.