Türkiyənin Manisa şəhərində 8 saatdır davam edən meşə yanğını qeydə alınıb.

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, saat 15.00 radələrində Çəlikli Məhəlləsi ərazisində baş verən meşə yanğınına 5 təyyarə, 10 helikopter, 40 su maşını, 10 su təchizatı maşını, 5 dozer, 6 quru briqadası və çoxlu sayda yanğınsöndürmə briqadası müdaxilə etməyə başlayıb.

Qeyd edək ki, davam edən yanğınla mübarizə işlərinin davam etdiyi bölgədə hər iki məhəlləyə giriş-çıxışlar nəzarətli şəkildə təmin edilir.

Fidan Nuriyeva