Vilfrid Zaha transfer danışıqları səbəbindən “Hatayspor” matçı üçün heyətə daxil edilməyib.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, sarı-qırmızılılar Zahanın müvəqqəti transferi üçün "Leicester City" komandası ilə danışıqların son mərhələsinə çatıb.
Qeyd edək ki, ötən mövsümün əvvəlində “Qalatasaray”ın heyətinə qatılan oyunçu 42 matçda meydana çıxaraq 10 qol və 5 məhsuldar ötürmə edib.
Fidan Nuriyeva