Azərbaycanı "Paris-2024"də boks yarışlarında təmsil edən və finalda məğlub olaraq gümüş medal alan Loren Alfonso Doningesin paylaşımı birmənalı qarşılanmayıb.

"Unikal" xəbər verir ki, gümüş mükafatçımız ona edilən tənqidlərə sosial şəbəkə hesabının hekayə bölməsində sərt şəkildə cavab verib.

 "Bəli, bilirəm ki, əcnəbiyəm, amma Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm və sizin ölkəniz üçün etmədiyinizi edib, Azərbaycan bayrağını yüksəklərə qaldırmışam" - deyə cavab verib.

Onun bu cür reaksiyası isə insanlar tərəfindən tənqidlərlə qarşılanıb.