Azərbaycanlı güləşçi Hacı Əliyev karyerasını bitirib.
"Unikal" xəbər verir ki, bu barədə o, İnstaqram hesabında paylaşım edib.
33 yaşlı idmançı fotosunu paylaşaraq “Bu da son!” deyib.
"Əziz doğma xalqım. Artıq uzun illərdir ki, çoxlu qələbələr gətirmişəm və hər dəfə qələbə qazanıb bayrağımız ən zirvələrə qaldırmaq və himnimizi səsləndirmək mənim üçün böyü şərəf olub", - deyə Hacı qeyd edib.
Qeyd edək ki, Dünya və Avropa çempionu olan güləşçimiz, eyni zamanda iki dəfə Olimpiya mükafatçısı adını qazanıb.