İraqın xarici işlər naziri Fuad Hüseyn və ABŞ-nin dövlət katibi Entoni Blinken beynəlxalq hərbi koalisiyanın İraqdakı missiyasının başa çatması ilə bağlı birgə bəyanatla çıxış edəcəklər.
"Unikal" xəbər verir ki, nəşr qeyd edib ki, iraqlı diplomatın ABŞ-yə gözlənilən səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, agentliyin mənbələri vurğulayıb ki, İraq Kürdüstanı istisna olmaqla, koalisiya qoşunlarının ölkə ərazisindən çıxarılması 2025-ci ilin sentyabrında başlayacaq. Koalisiya qüvvələrinin İraq Kürdüstanından çıxarılması isə 2026-cı ilin sentyabrında planlaşdırılır.