Çində maraqlı hadisə baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, illərdir aldadılan qadın beyninə qan sızan həyat yoldaşının həyati dəstək aparatını söndürüb.
Belə ki, kişi məşuqəsi ilə yaşayarkən, halı pisləşib və xəstəxanaya yerləşdirilib. Həyat yoldaşı isə ərinin vəziyyətinin ağır olduğunu və əməliyyatın riskli olduğunu öyrənib. On ildir aldadıldığını və maddi dəstək almadığını bildirən qadın müalicə xərclərinin yüksək olması səbəbindən yoldaşının həyat dəstəyinin kəsilməsini istəyib.
Bu hadisə Çində müzakirələrə səbəb olub.
Zərifə Nağıyeva