Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
"Unikal" xəbər verir ki, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. İş hakim Həsən Əhmədovun icraatına verilib.
İlkin baxış iclası avqustun 15-nə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.