SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) növbəti dəfə “Açıq qapı” günü keçirilib. I və II ixtisas qrupları üzrə imtahan vermiş abituriyentlər, o cümlədən ölkənin müxtəlif orta məktəb şagirdləri və onların valideynləri iştirak ediblər.
"Unikal" xəbər verir ki, görüş zamanı BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin üstünlükləri barədə ətraflı məlumat verib, SOCAR rəhbərliyinin diqqət və qayğısı sayəsində tələbələr üçün hər cür şərait yaradıldığını vurğulayıb.
Rektor Ali Məktəb haqqında iştirakçıların suallarını cavablandırıb. Yeni açılan Kompüter elmləri ilə yanaşı, tədris olunan digər ixtisaslar barədə ətraflı məlumat verib. Sual-cavab sessiyasından sonra kampus turu təşkil olunub.