Özbəkistanın Namanqan vilayətində xəstəxananın həkimləri hüquq-mühafizə orqanlarının və Səhiyyə Nazirliyinin diqqətini cəlb edən kobud səhvə yol veriblər: qeysəriyyə əməliyyatı zamanı xəstənin qarnında yad əşyaları unudublar.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, əməliyyatdan sonra 33 yaşlı qadın qızdırma və daimi halsızlıqdan şikayət edib. İki ay ərzində simptomlar getmədiyi üçün xəstə təkrar həkimə müraciət edib. Müayinə göstərib ki, əməliyyat zamanı həkimlər onun qarın boşluğunda iki əşyanı - tənzif və rezin əlcəyi unudublar.
İddialara görə, xəstəxana işçiləri rəhbərliyi gözdən salmaq üçün bu əşyaları bilərəkdən unudublar.