Sumqayıtda bıçaqlı insident baş verib.

"Unikal" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti də hadisə ilə bağlı məlumat yayıb. 

"Avqustun 12 də Sumqayıt şəhəri ərazisində bir nəfərin kəsici-deşici alətlə xəsarət alması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.