"Çelsi" (İngiltərə) Avropada transfer pəncərəsi bağlanana qədər bir neçə futbolçunu satmaq istəyir.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. London təmsilçisi yay transferlərindən təxminən 200 milyon funt-sterlinq qazanmağı planlaşdırır.

Bildirilir ki, Romelu Lukaku, Trevo Çaloba, Armando Broya, Konor Qallager, Karni Çukvuemeka, Ben Çilvell, Rahim Sterlinq, Noni Madueke, David Fofana, Başir Hamfreys və Çezare Kasadeyin satılması nəzərdən keçirilir. 

Qeyd edək ki, daha əvvəl Konor Qallager "Atletiko"ya keçməyə yaxın olduğu barədə xəbərlər yayılıb.