Rusiya prezidenti Vladimir Putinin Fələstin lideri Mahmud Abbasla görüşü başa çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Kreml məlumat verib.

***14:42

Rusiya prezidenti Vladimir Putin Novo-Oqarevodakı iqamətgahında Fələstin lideri Mahmud Abbasla danışıqlara başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bildirilir ki, tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək, həmçinin Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi və Qəzza zolağında görünməmiş humanitar fəlakət fonunda Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.