Meşə yanğınları ilə mübarizə aparan Yunanıstana dəstək üçün Türkiyə tərəfindən göndərilən iki yanğınsöndürmə təyyarəsi və bir helikopter Afina Eleftherios Venizelos Beynəlxalq Hava Limanına enib.
"Unikal" xəbər verir ki, səlahiyyətlilər indiyə qədər 100 min hektardan çox ərazinin yandığını açıqlayıb.
Penteli dağı və Marafon gölü bölgəsində bir çox aktiv yanğın nöqtəsinə 702 yanğınsöndürən və 199 texnikanın müdaxilə etdiyi bildirilib.
Qeyd edək ki, ötən gün Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Afina rəhbərliyinə Türkiyənin mehriban qonşuluq münasibətləri çərçivəsində Yunanıstana kömək etməyə hazır olduğu mesajını vermişdi.
Yunan tərəfi isə təklifi dəyərləndirəcəklərini və lazım gələrsə Türkiyədən dəstək istəyəcəklərini bildirmişdir.
Zərifə Nağıyeva