İranın Kirman vilayətinin Rəfsəncan şəhərində 10 nəfəri öldürməkdə təqsirli bilinən şəxs edam edilib.
"Unikal" xəbər verir ki, Kirman şəhərinin baş prokuroru İbrahim Həmidi məsələ ilə bağlı məlumat verib.
Həmidi, “2022-ci il avqustun 7-də 6 əfqan və 4 iranlını bıçaqla qətlə yetirən şəxs bu gün Rəfsəncan həbsxanasında edam edilib",- deyə açıqlamasında bildirib.
İran rəsmisi həmçinin qeyd edib ki, edam qərarla bağlı hüquqi proses başa çatdıqdan sonra həyata keçirilib.
Zərifə Nağıyeva