Kursk vilayətinin 74 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna prezidenti Volodimir Zelenskiyə məruzəsi zamanı deyib.

Onun sözlərinə görə, Kursk vilayətində ağır döyüşlər gedir.

“Lakin Ukrayna Silahlı Qüvvələri irəliləməkdə və getdikcə daha çox rus əsir götürməkdə davam edir”, - deyə o əlavə edib.