Mahaçqala "Dinamo"sunun yeni futbolçusu, iranlı futbolçu Ramezan Hosseyinnejadmaxalenkolay Mohammacavadın Rusiya Premyer Liqasının (RPL) matçlarında köynəyinin üzərindəki yazıya qərar verilibb.

"Unikal" xəbər verir ki, klubun baş direktoru Şamil Qazizovun sözlərinə görə köynəkdə sadəcə "Cavad" yazılacaq.

Avqustun 9-da 21 yaşlı futbolçu "Dinamo" ilə uzunmüddətli müqavilə imzalayıb və Rusiya klubunda 10 nömrə altında çıxış edəcək.