ABŞ Dövlət Departamenti Müdafiə Nazirliyinə (Pentaqon) İsrailə 18,82 milyard dollar dəyərində F-15 qırıcı təyyarələri satmağa icazə verib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, İsrail ABŞ-a 50 yeni çoxməqsədli F-15İA qırıcılarının, mövcud F-15I qırıcılarının modifikasiyası üçün dəstlərin, həmçinin mühərriklər, radarlar, buraxılış qurğuları və digər avadanlıqların alınması üçün sorğu göndərib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Haqari bildirib ki, İsrail rəqiblərinin bütün təhdidlərini ciddi qəbul edir və onların bəyanatlarını izləyir.