57 yaşlı "Oskar" mükafatı sahibi Holli Berri çəkiliş meydançasında aldığı xəsarətlər haqqında şok təfərrüat paylaşıb.
“Unikal” xəbər verir ki, bu məlumatları aktrisa "The Union" casus komediyasının nümayişinə həsr olunmuş "Instagram" videosunda danışıb.
“Mən qolumu və iki dəfə qabırğalarımı sındırmışam - bir dəfə iki qabırğa, bir dəfə üç. Büzdümümü, ayağımın iki barmağını və əl barmağımı qırmışam", - deyə o gülərək deyib.
Qeyd edək ki, aktrisa "The Union"un təqdimatı üçün getdiyi tədbirdə geyimi və gözəlliyi ilə göz qamaşdırıb.