Bu gün İspaniyanın "Real" və İtaliyanın "Atalanta" klubları arasında UEFA Superkuboku matçı keçiriləcək.
"Unikal" xəbər verir ki, görüş Polşanın Varşava şəhərində oynanılacaq. Maraqla gözlənilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Real" 2023/24 mövsümündə Çempionlar Liqasının, "Atalanta" isə Avropa Liqasının qalibi olub.
Qeyd edək ki, bu, futbol tarixində 49-cu UEFA Superkubokudur.
UEFA Superkuboku
14 avqust
23:00. "Real Madrid" (İspaniya) - "Atalanta" (İtaliya)
Baş hakim: Sandro Şerer (İsveçrə)
"PGE Narodovy" stadionu