Qəzzada əkiz körpələri üçün doğum şəhadətnaməsi almağa gedən fələstinli ata İsrailin hücumu nəticəsində bütün ailəsini itirib.
"Unikal" xəbər verir ki, 3 gün əvvəl dünyaya gələn əkiz körpələrinin doğum şəhadətnaməsini almaq üçün Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Belahdakı evindən çıxan fələstinli Məhəmməd Əbu əl-Kumsan adlı kişi İsrailin hücumu nəticəsində yoldaşını və yeni doğulan körpələrini itirib.
Əlində övladlarının doğum haqqında şəhadətnaməsini tutan ata "Əkizlərin doğum şəhadətnaməsini bir az əvvəl aldım, cəmi 3 gün əvvəl doğulublar, and içirəm ki, mən onlar qədər şanslı deyiləm", - deyərək ağlayıb.
Kədərli ata "Onlar mənim ilk və son sevincimdir, xoşbəxtliyim yarımçıq qaldı. Allah mənə bəsdir, o nə gözəl vəkildir", - deyə bildirib.
Zərifə Nağıyeva